» » Qılıncoynatma Federasiyasında yeni -

Qılıncoynatma Federasiyasında yeni - Təyinatlar

Bölmə: Xəbər
Qılıncoynatma Federasiyasında yeni -
Noyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının Ümumi yığıncağı keçirilib.

Xalqinfo.az-ın xəbərinə görə, Federasiya prezidenti, təhsil naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən tədbirdə gündəlikdə duran əsas məsələlər Azərbaycanda qılıncoynatmanın inkişafında gələcək fəaliyyət planı olub.

Bildirilib ki, bu idman növünün inkişaf etdirilməsi üçün bir sıra addımlar atılıb. Ötən həftə Azərbaycan Texniki Universitetin idman sarayında yeni qılıncoynatma zalı idmançıların istifadəsinə verilib.

Yığıncaqda idman məktəblərində qılıncoynatma idman növünün yeni bölməsinin açılması, ümumtəhsil məktəblərində dərsdənkənar vaxtlarda qılıncoynatma qruplarının təşkilinə dair şəraitin yaradılması, yığma komandanın və kütləvi idman üçün müvafiq ləvazimatların sifariş olunması və digər məsələlər müzakirə olunub.

Daha sonra federasiyanın yeni vitse-prezidentlərinin və baş katibinin seçkisi keçirilib.

Fikrət Zeynalov, Fərhad Kasimov vitse-prezident, Vasif Məmmədov baş katib təyin olunublar.

Eyni zamanda Federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi yığıncaq tərəfindən təsdiq olunub.

Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov, Sadiq Sadiqov, Yusif Hüseynov və Balaş Qasımov Komitənin tərkibində yer alıb.

Noyabrın 21-də Azərbaycan Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Komitənin qərarı ilə Çingiz Mustafayev Baş məşqçi təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler