» » Azərbaycanda növbəti doğuş

Azərbaycanda növbəti doğuş Faciəsi

Bölmə: Xəbər
Azərbaycanda növbəti doğuş Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb.

"Xalqinfo.az" apa-nın şimal bürosunun verdiyi məlumata istinadən bildirir ki, hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z. Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler