» » Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz

Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Rayonun mərkəzindən kəndlərinə qədər hər yerdə iş gedir; aqropark salınır, inşaat işləri görülür, ən ucqar kəndlərə, sərhəd bölgələrinə asfalt yol çəkilir

Ölkə prezidenti İlham Əliyev dekabrın 15-nə kimi icra hakimiyyəti strukturlarının fəaliyyəti, icra başçılarının gördüyü işlər barədə arayış təqdim olunmasını tələb edib.

Artıq buna sayılı günlər qalır və bir aya yaxın müddətdə rayon icra hakimlərinin dosyesi ölkə rəhbərliyinin masasında olacaq. Dövlət başçısı məmurların investorların cəlb edilməsi və regionlarda əhali ilə işləməsi istiqamətində mühüm tapşırıqlar verib.

Bəs icra başçıları bu müddətdə hansı göstərişləri həyata keçirib? Rəhbərlik etdikləri rayonlarda nə kimi işlər görüblər?

Bu suallara cavab axtarmaq üçün yaxına getmədik, elə Bakıdan 430 km uzaqlıqda yerləşən Tovuzdan başladıq.

***

Tovuz Ermənistanla sərhəddə yerləşir. 1988-ci ildən başlayaraq ölkəmizə qarşı ərazi iddiasına düşən ermənilər 30 ilə yaxındır ki, bu bölgəni gərginlik altında saxlayır. Rəsmi məlumata görə, Tovuzun Ermənistanla birbaşa sərhədi 69 km-dir.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı yersiz ərazi iddialarından sonra ortaya çıxan müharibə zamanı Tovuz rayonu düşmənə bir qarış olsun belə torpaq vermədi. Atəşkəs müqaviləsindən (may, 1994-cü il-red.) əvvəl Tovuzun sərhəd kəndləri, rayon mərkəzi, digər yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. Buna baxmayaraq, düşmən bu rayondan nə bir kənd işğal edə bilib, nə hansısa yüksəkliyi, strateji nöqtəni ələ keçirməyi bacarıb. Hər dəfə ermənilərin burnu ovularaq yerlərində oturdulub.

Tovuz düşmənlə döyüşə-döyüşə inkişafdan da qalmayıb. Son 10 ildə isə rayonda ciddi işlər görülüb. Neftin dünya bazarında düşən qiyməti bu rayonun inkişafına o qədər də mənfi təsir etməyib.

Ona görə yox ki, Tovuzun həyatındakı dəyişikliklər Azərbaycan iqtisadiyyatına aid deyil.

Əksinə, bu rayonda aqrar sektora olan maraq və sahibkarlığın inkişafı, ümumiyyətlə, qeyri-neft sahələrinə diqqət əvvəldən fərqlənir.

Yerli sakinlər “Yeni Müsavat”a belə deyirlər. Onların sözlərinə görə, Tovuzda problemlər ötən illərlə müqayisədə indi həllini tapmaqdadır.

Çünki ölkə rəhbərliyinə ünvanlanan, mətbuata göndərilən şikayət məktubları yerindəcə araşdırılır.

Eyni zamanda aqroparkların uğurlu fəaliyyəti sahibkarlığın inkişafı üçün ciddi təkandır. Rayonda aqroparkın yaradılması istiqamətində işlər aparılır.

Bu məqsədlə Ceyrançöl qışlağında 550 hektar sahə ayrılmış və orada yem bitkiləri əkilməsi üçün işlərə başlanıb.

Həmin ərazidə 1000 başlıq heyvandarlıq kompleksinin tikintisinə hazırlıq görülür. Hazırda ərazinin infrastrukturu qurulur.

Eyni zamanda 150 hektar kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində iş aparılır.

Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb. Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Qoçdərə-Çobansıxnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun Qovlar-Əyyublu-Alakol hissəsində yenidənqurma işləri tamamlanıb.

Qalan hissəsində işlər davam etdirilir. Yuxarı Öysüzlü-Vahidli-Ağdam, Əlibəyli-Hacallı, Əsrik Cırdaxan-Kirən-Baqqallı kəndlərarası yolların əsaslı təmirinə başlanıb.

Həmçinin Tarix Diyarşünaslıq Muzeyinin və Dövlət Bayrağı Muzeyinin tikintisinə başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir.

Qovlar şəhərində salınan “Dostluq” parkında işlər davam etdirilir. Tovuzda küçələrin asfaltlaşması və digər abadlıq işləri aparılır.

İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon üzrə qazlaşmanın səviyyəsi 85 faiz təşkil edir.

Əsasən dağlıq ərazilərdə yerləşən 48 yaşayış məntəqəsində qazlaşma işlərinin aparılması üçün aidiyyəti qurumlar və qarşısında məsələ qaldırılıb.

Rayonda olarkən əməkdaşlarımız öyrənib ki, bu iş mərhələli qaydada öz həllini tapacaq. Digər infrastruktur layihələri də icra edilir. Rayonda özəl sərmayə qoyuluşu hesabına Ceyrançöl qışlağında 550 hektar sahədə aqroparkın yaradılması, Düz Cırdaxan kəndində xalçaçılıq müəssisəsi, Düz Qırıqlı kəndində bitki dərmanları anbarı və satışı bazası, Alakol və Düz Cırdaxan kəndlərində 2 soyuducu anbar, Hunanlar kəndində 2 hektar sahədə günəş enerjisi ilə işləyən müasir istixana, Aşağı Quşçu kəndində və Qovlar şəhərində hər biri 100 başlıq qapalı heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur.

Bütün bu işlərin yerinə yetirilməsinə ilin sonunadək təqribən 10 milyon manat özəl vəsait yatırılacaq.

Tovuzda sakinlər deyir ki, bu il kənd təsərrüfatı sahəsində məhsul istehsalı artıb. Statistik məlumatlara görə, 290 min 244 ton kənd təsərrüfatı məhsulları istehsal olunub. Tovuzda ənənəvi əkin sahələri ilə yanaşı tütünçülük və baramaçılıq da inkişaf etdirilməkdədir.

Bu gün tütünçülük sahəsində 200 nəfərdən çox işçi çalışır. Tovuz ərazisində 410 hektar sahədə şəkər çuğunduru əkilib. Hazırda çuğundur sahələrində məhsul yığımı davam edir.



Rəsmi məlumatlara görə isə bu il rayonda 20 min 376 hektar dənli bitkilər əkilib. Dənlilərin 19 min 526 hektarı ərzaq buğdasıdır.

Ötən illə müqayisədə dənli bitkilərin əkin sahələri 2 dəfə, ərzaq buğdası əkini 1,9 dəfə artıb. Payızlıq və yazlıq dənli bitkilərdən 65 min 204 ton məhsul götürülüb.

Hazırda yerli icra hakimiyyəti tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır.

9 ay ərzində xarici bazarlara 15 milyon 540 min manat dəyərində 31 min 620 ton məhsul göndərilib. Rayonun ixrac potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Tovuzda ənənəvi sahələrdən biri də xalçaçılıqdır. Rayonda inşa olunan xalça fabrikində 150 nəfər işlə təmin olunacaq.

***

Bundan əlavə, Tovuzda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır.

Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 kilometr təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulur.

Tovuz-Ağdam və Əlibəyli-Hacalı yollarının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşirdi.

Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Yolun hazır olan hissələrində isə artıq asfaltlanma işlərinə də başlanılıb.

Həmçinin 11 kilometr uzunluğunda olan yolun 7 kilometrlik hissəsinə 1 qat olmaqla, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 60 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla, yeni asfalt-beton örtüyü döşənəcək. Növbəti sayımızda Yuxarı Öysüzlü kəndində görülən yol-körpü tikinti işləri haqda materialı da təqdim edəcəyik.

Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz
Düşmənlə döyüşə-döyüşə inkişaf edən rayon – Tovuz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler