» » Ramil Usubovun yeni müavini təqdim edildi

Ramil Usubovun yeni müavini təqdim edildi

Bölmə: Xəbər
Ramil Usubovun yeni müavini təqdim edildiAzərbaycan daxili işlər nazirinin yeni müavini, polis general-mayoru İsmət Əliyev şəxsi heyətə təqdim olunub.

"Xalqinfo.az" apa-ya istinadən bildirir ki, İ. Əliyevi şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir İ. Əliyevə yeni işində uğurlar arzulayıb.

Qeyd edək ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler