» » Ermənilərin kumiri türk çıxdı

Ermənilərin kumiri türk çıxdı

Bölmə: Xəbər
Ermənilərin kumiri türk çıxdı"Bu günə ağzımdan türklərin əleyhinə bir cümlə belə çıxmayıb. Mənim anam türkdür. İzmitdə onlarla qohumum var. Anam türk dilində danışırdı".

"Xalqinfo.az" anspress-ə istinadən bildirir ki, bunu tanınmış türk təşkilatçı Erkan Özermana müsahibəsində fransız ifaçı Şarl Aznavur deyib.

Erməni müğənni ilə açıqlamasından maraqlı məqamları oxucularına təqdim edirik.

Ş.Aznavur atasının gürcü olduğunu deyib. "Erməni əsilli türk düşməni - bu cümlənin kimlər tərəfindən yayıldığını bilməsəm də, məni çox yaralayır. Bu çox narahatedici, təhqiredici bir ifadədir. Osmanlı dönəmindəki köhnə dəftərləri açıb, o acının yaşandığı dövrdə hələ qurulmamış olan Türkiyə Cumhuriyyətini ittiham etmək, çox uzaqda qalan yaraları deşmək kimə nə fayda verər? Məni siyasi qalmaqallara çəkmək, erməni diasporunun içindəymişim kimi göstərmək, Türkiyə üçün özlərinin dediklərini mənim adımdan vermək, məndən istifadə edərək soyqırım mübahisəsini təkrar-təkrar gündəmə gətirməyə çalışmaq əxlaqa zidd davranışdır".

Aznavur bəzi türklərin buna inanaraq onu düşmən hesab etməsindən çox təəssüfləndiyini də deyib. "Ötən il bir ifadə işlətmişdim - "türklər soyqırım sözündən çox inciyirlər". Diaspora yeri yerindən oynatdı. Mənə demədikləri qalmadı".

E.Özdemir bir müddət öncə Fransa dövlət televiziyasında baş verənləri də xatırladıb. "Mişel Druker sizi proqramına çağırmış və studiyadakı qonaqlarına belə demişdi "aranızda türklər varsa soyqırımı qəbul etsinlər və Şarl Aznavurdan üzr istəsinlər". O an nələr hiss etdiniz?".

Tanınmış müğənni cavabında aparıcıya bu söhbəti bağlamaq barədə xəbərdarlıq etdiyini deyib. "Mən qonaqlara dönüb delə demişdim. "Qonaqlar arasında türklər varsa hamısı xoş gəlib. Məni xoşbəxt etdiniz. Türkiyə çox gözəl ölkədir". Canlı yayım davam edə-edə Drukerə danışığına son qoymasını dedim".

Aznavur nə üçün qondarma soyqırımı məsəsləsində daimi adının hallandığını da dərk etmir. Onun sözlərinə görə, Fransada doğulub, böyüyüb, mahnılarını fransız dilində yazıb, fransız dilində oxuyub və danışıb. Dünyanın hər yerində fransız olaraq tanınır. "Çünki Fransa vətəndaşıyam. Baş verən hadisələrə də siyasi baxışdan deyil, insanı mövqedən yanaşmışam. Məni ciddi iqtisadi problemləri olduğu üçün ölkəsini tərk etməyə məcbur olan ermənilər və getdikcə vətəndaşları azalan Ermənistan maraqlandırır. Ermənistanın həm Türkiyə, həm də Azərbaycan ilə sərhədlərini açması lazımdır. Qonşularla dost olunmalı, kin və hirs unudulmalıdır. Ermənistan böyük dövlətlərdən gələn yardımlarla, xüsusilə əksəriyyəti silah olan bu yardımlarla xoşbəxt ola bilməz. Bu silahlar sülh içində yaşamanın qarantı deyil".

Özdəmirin "Fransanın dünyada ən çox tanınan və hörmət edilən sənətçisininiz..." sualı tamamlanmamış Aznavur gülərək "Anamın ölkəsi Türkiyədə yaşasaydım ən məşhur türk sənətçisi olacaqdım. Qismət..." deyə cavab verib.

Ermənistanın İsveçrədəki səfiri ailəsi haqqında da danışıb. O, bildirib ki, həyat yoldaşı isveçli və protestan, özü türk-gürcü əsilli fransız və qriqoryan, qızı əl cəzairli ilə ailə qurub və o ailə müsəlman, digər övladı isə yəhudidir.

"Türkləri çox sevirəm, vicdanlı insanlardır. Türkiyədə 100 mindən çox erməni qaçaq olaraq yaşayır və işləyir, pul qazanıb ailəsinə yollayır. Ankara istəsə 100 min ermənini 24 saatda tapıb deportasiya edə bilər. İndi Ermənistanın Türkiyəyə ehtiyacı var. Ermənistanın rifahı üçün sərhəd açılmalıdır".

Qeyd edək ki, təşkilatçı ilə Şarl Aznavurun görüşündə Türkiyənin Fransadakı səfiri Hakkı Aqildə iştirak edib. Səfir Aznavurdan 1000 ildir birlikdə yaşayan türklər və ermənilərin nə üçün son 100 ildə bir birini qırdığını soruşub, ondan Türkiyədə konsert vermək istəyib-istəmədiyini soruşub. O, bu təklifi böyük sevinclə qaraşılayıb.

"Türkiyəni sevən və darıxan ermənilərin sayı başqalarından qatbaqat artıqdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler