» » Bakıda Venesiya küçələri - FOTO

Bakıda Venesiya küçələri - FOTO

Bölmə: Xəbər, Sosial, MANŞET
Bakıda Venesiya küçələri - FOTOPaytaxtda yağan güclü yağış bir çox problemlər yaradıb
Ötən gündən başlayan güclü yağış nəticəsində Bakı və Abşeron ərazisində yollar biabırçı vəziyyəti düşüb.

"Xalqinfo.az" anspress-ə istinadən bildrir ki, Sulutəpə, Binəqədi, Biləcəri və s. istiqamətlərdə yollarda su dolub.
Vətəndaşların sözlərinə görə, hazırda yollara su dolması ilə əlaqədar həm tıxac yaranıb, həm də piyadaların hərəkəti üçün böyük çətinliklər yaranıb.

Yağışlı hava şəraiti ilə əlaqədar səhər saatlarında yollarda qəzalar da olub. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmasa da, maddi ziyan dəyib.

Bundan başqa, yol polisi paytaxtın bir çox ərazilərdə avtomobil sıxlığı yarandığını bildirib. Onun sözlərinə görə, hazırda Babək prospekti, Afiəddin Cəlilov küçəsi, Bakı-Sumqayıt yolundan Tbilisi prospekti istiqamətinə, Koroğlu Rəhimov, Yusif Səfərov küçələri, metronun "Koroğlu" stansiyasının yanından köməkçi yolla şəhər istiqaməti və digər yollarda sıxlıq yaşanır.

Bakı yol polisi bildirir ki, hava şəraiti ilə əlaqədar işıqforlar işləmədiyi halda sürücülər yol nişanlarına uyğun hərəkət etməlidirlər.

Qeyd edək ki, Azərbaycan sinoptikləri noyabrın 5-dək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıblar.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yağan yağışlar nəticəsində Bakıda bəzi evləri su basıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler