Əsgər görüşünə gedən ailə qəzaya düşdü: Ölən və yaralananlar var – YenilənibBölmə: Xəbər
Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb. *** 14.14 Bu gün Beyləqan rayonu ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib. Xalqinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|