» » Qəzada ölən və yaralananların adları məlum oldu -

Qəzada ölən və yaralananların adları məlum oldu - Yenilənib

Bölmə: Xəbər
Qəzada ölən və yaralananların adları məlum oldu -
Bu gün Astarada ağır qəza olub, ölən və yaralananlar var.

“Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, “Ford” markalı yük maşını, “Mercedes” və “Vaz-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

APA-nın məlumatına görə, hadisə zamanı Lənkəran rayon sakini 1976-cı il təvəllüdlü Elgün Vaqif oğlu Rzayev ölüb.

Astaranın Ərçivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Həlimə Fəttah qızı Rəhimova, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev ,1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Azər Qəhrəman oğlu Həsənov və Pərviz Rafiq oğlu Sadıqov xəsarət alıblar.

Xəsarət alanlardan 3-ü Astara, 2-si Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler