» » Quba-Xınalıq yolu uçdu

Quba-Xınalıq yolu uçdu

Bölmə: Xəbər
Quba-Xınalıq yolu uçduQuba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib."Xalqinfo.az" bildirir ki, bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, uçqun geniş ərazini əhatə etmir, sadəcə, yol kənarında çəkilmiş yamacda müşahidə edilib.

“Mütəmadi atmosfer yağıntılarından sonra bu cür uçqunlar olur. Qeyd olunan ərazi bu proseslər üçün əlverişli olduğuna görə, yağıntının təsirindən aşınma baş verən yamacda tez-tez belə hallar baş verir. Uçqun geniş ərazini əhatə etmir. Hadisə yolda hərəkətə heç bir mane yaratmayıb. Uçqun iri miqyaslı olanda yolun bağlanmasına səbəb ola bilir”.

S.Əmiraslanov ərazinin sürüşmə sahəsində elə də ciddi dəyişiklik olmadığını bildirsə də, son günlər əsasən cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşmə olduğunu bildirdi. Yamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrində aktivlik baş verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler