» » Binəqədi şosesinin asfaltlanması işlərinə başlanılıb

Binəqədi şosesinin asfaltlanması işlərinə başlanılıb

Bölmə: Xəbər
Binəqədi şosesinin asfaltlanması işlərinə başlanılıb
Bakının Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib. Hazırda yolun asfaltlanması işləri aparılır.

Xalqinfo.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, yenidən qurulan yolun uzunluğu 2,6 km təşkil edir.

Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla, 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayırıcı zolaq da olmaqla, yolun ümumi eni 19 metrdir.

Yolun hər bir tərəfində 1,5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür.

Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.

Qeyd edək ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısı alınıb. Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədi ilə "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib.

Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler