» » Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi -

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Bölmə: Xəbər
Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi -
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı, 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar.

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler