» » Türk deputatdan Azərbaycana -

Türk deputatdan Azərbaycana - Mesaj

Bölmə: Xəbər
Türk deputatdan Azərbaycana -
Dost və qardaş ölkə olan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü təbrik edirəm.

Xalqinfo.az xəbər verir ki, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasının Adanadan seçilən millət vəkili Necdət Ünüvarın yaydığı açıqlamada öz əksini tapıb.

“Əcdadlarımızı rəhmətlə anıram” deyən N.Ünüvar onların əmanətinə sahib çıxan nəvələrini sevgi və sayğıyla salamladığını vurğulayıb.

Türkiyəli parlamentari bu gün həm də Orta Anadolunu Aralıq dənizi bölgəsinə bağladığı üçün strateji mövqeyə malik Saimbəyli rayonunun işğaldan azad edilməsinin 97-ci ildönümü olduğunu xatırladıb: “Bu rayon tarix boyunca bir sıra işğallara məruz qalıb. Bunlardan sonuncusu fransız işğalıdır. Millətimizin müstəqillik yanğısı yurdun dörd bir yanına olduğu kimi Saimbəyli camaatına da sirayət edib. Rayon yüzbaşı Doğan və başçı Saim bəyin liderliyi ilə düşmən işğalından qurtarılıb. Bu baxımdan bu gün ikiqat sevincliyəm. Bir tərəfdən Saimbəylinin düşmən işğalından qurtarılmasının 97-ci, digər tərəfdən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümüdür. Millətimizin bir daha o qaranlıq günləri yaşamaması diləyi ilə Saimbəylinin düşmən işğalından qurtuluşunun 97-ci, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü təbrik edir, şəhidlərimizi rəhmət və minnətlə anıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler