» » Rza Zərraba yeni ittiham - Terrora dəstək

Rza Zərraba yeni ittiham - Terrora dəstək

Bölmə: Xəbər, MANŞET
Rza Zərraba yeni ittiham - Terrora dəstək
İran əsilli türkiyəli iş adamı Rza Zərrabın ABŞ-da məhkəmə qarşısına çıxacağı dəqiq tarix bəlli olub. 27 noyabrda Manhetten şəhərində onun təqsirkar olub - olmamasına məhkəmə jurisi qərar verəcək.

Lent.az-ın "sözçü"-yə istinadən məlumatına görə, Zərrabın dələduzluq ittihamının üzərinə daha biri əlavə olunub. İş adamı artıq terrora dəstəkdə də ittiham edilir. İşi araşdıran prokuror Preet Bharara konkret belə ittiham irəli sürüb - "terrora dəstək vermək üçün böyük miqyasda dələduzluq". Onun bu əməllərini İran və Türkiyədə həyata keçirdiyi qeyd edirlər.

Bu ittihamdan sonra isə artıq Türkiyə mətbuatında "Rza Zərrab əsil indi yandı" deyə şərhlər verilir. "Terrora dəstək" ittihamı ilə əlaqədar Türkiyə və İrandan başqaları da bu istintaqa cəlb edilə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler