» » Aslan İsmayılova cinayət işi açıldı

Aslan İsmayılova cinayət işi açıldı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Aslan İsmayılova cinayət işi açıldı
Tanınmış hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb.

Xalqinfo.az BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə A. İsmayılov özü məlumat verib. Bildirib ki, ona Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

Xatırladaq ki, bir müddət əvvəl Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının baxışı zamanı Binəqədi Rayon Məhkəməsində insident yaşanmışdı.

Elə həmin gün axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gələrək, onu Binəqədi Rayon Polis İdarəsinə aparmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler