» » Maşınlar bu cərimə meydançasına aparılmayacaq...

Maşınlar bu cərimə meydançasına aparılmayacaq...

Bölmə: Xəbər
Maşınlar bu cərimə meydançasına aparılmayacaq...
Sosial şəbəkələrdə təmir işləri ilə əlaqədar olaraq DYP evakuatorlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı və hazırda cərimə meydançalarında təmir işlərinin aparılması ilə bağlı xəbər yayılıb.

“Xalqinfo” məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb. Polkovnik bildirib ki, hazırda cəmi bir cərimə meydançasında təmir işi aparılır:

“Cəlil Məmmədquluzadə küçəsinin yaxınlığındakı dayanacaqda təmir işi gedir və bu müddətdə də oraya avtomobil aparılmayacaq. Ancaq bunun digər dayanacaqlarla heç bir əlaqəsi yoxdu. Bütün xidmətlər olduğu kimi davam etdirilir. Hazırda Bakı ərazisində 10-dan çox dayanacaq var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler