» » Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar

Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar
2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni kəllə qapağı qoyulub.

“Xalqinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, 4 gün komada qalan 28 yaşlı hərbçimiz 3 dəfə Bakıda əməliyyat olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə daha 2 əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni kəllə qapağı qoyulub.

“Hadisədən sonra özümə ilk dəfə baxanda zənn etdiyiniz kimi şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə “İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm. Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə hər gün kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki o, mənə görə çox kədərlənir və ağlayırdı”, - deyə Yaşar Ağayev bildirib.

Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar
Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar
Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar
Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar
Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler