» » Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...

Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...
Adətən ölkədə seçkilər yaxınlaşdıqca, partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Maraqlıdır, bu ərəfədə əsas siyasi partiyalar blok yaratmağı düşünürlərmi?

Modern.az saytı bu suallarla partiyalara müraciət edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Seçki bloku məsələsi seçki situasiyasından asılı olacaq. Demokratiyanın ən ciddi problemlərindən biri seçkidir. Real seçki olmayacaqsa, ümumiyyətlə seçkilərdə iştirak etmək məsələsinə də baxacağıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

“Açığı, bununla bağlı məsələlər partiyanın hər hansı qurumunda müzakirə edilməyib. Prezident seçkilərinə də hələ xeyli müddət var. Bu səbəbdən əvvəlcədən nəsə deməyə çətinlik çəkirəm. Amma seçkidən qabaq seçki mühitinin normallaşdırılması istiqamətində fəaliyyət göstərməyi daha uyğun hesab edərdim. Çünki ölkədə seçki mühiti olmasa, seçki qanunvericiliyi təkmilləşdirilməsə, seçkilərdə həm xalqın, həm də digər siyasi qüvvələrin iştirak marağı o qədər də yüksək olmur”.

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı:

“Seçki bloku ilə bağlı nələrsə düşünmək üçün hələ tezdir. Müsavat Partiyasının son qurultayında prezident seçkiləri üçün namizəd irəli sürüldü və artıq bildiyiniz kimi namizədimiz də var. Seçki bloku isə adətən seçkilərə çox az qalmış müddətdə müəyyənləşir. Hələ ki indi kimlərin namizəd irəli sürəcəyi kimi məsələlər müzakirə mövzusudur. Dəqiqləşmə olmadığı üçün seçki bloku haqqında düşünmürük”.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev:

“Hazırda Milli Şurada 2018-ci il prezident seçkilərində iştirak formaları müzakirə olunmur. Bizim üçün əsas məsələ ölkədə demokratik seçki mühitinin yaradılmasıdır.

Görülən işlər də bu istiqamətdə gedir. Keçirilən aksiyalar və digər fəaliyyətlər ölkədə demokratik seçki mühitinin yaradılmasına yönəlib. Hesab edirik ki, hazırkı ictimai-siyasi vəziyyət, Seçki Məcəlləsi, seçki komissiyaları ilə Azərbaycanda demokratik seçki keçirmək mümkün deyil. Bu baxımdan ölkədə normal seçki mühitinin yaradılmasını əsas şərt kimi qəbul edirik”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu:


“2018-ci ildə sözün əsl mənasında önəmli hadisələr olacaq. Bu, həm prezident seçkiləridir, həm də Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyətin 100 illiyidir.

Əlbəttə, həmin hadisələrlə bağlı bizim də tədbirlərimiz var və bunları keçirmək iqtidarındayıq. Hər halda prezident seçkiləri ilə bağlı qərarlar partiya daxilindəki ictimai-siyasi müzakirələrdən sonra açıqlana bilər. Bütün bu məsələlər diqqətimizdədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler