» » Şeyx Özbəkistana gedir

Şeyx Özbəkistana gedir

Bölmə: Xəbər, Din
Şeyx Özbəkistana gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana səfərə yola düşür. QMİ-nin Mətbuat Xidmətindən

Daxil olan məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə bu ilin oktyabr ayının 18-də paytaxt Daşkənd şəhərində keçirəcəyi “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Daşkənddə baş tutacaq “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler