» » Bakının məşhur xəstəxanasında borca görə su kəsildi

Bakının məşhur xəstəxanasında borca görə su kəsildi

Bölmə: Xəbər
Bakının məşhur xəstəxanasında borca görə su kəsildi
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə vəkil Aslan İsmayılov məlumat verib.

O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

Medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib:

“Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir, ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler