» » “Bu bizim vətəndaşlıq borcumuzdur”-

“Bu bizim vətəndaşlıq borcumuzdur”- Bahar Muradova

Bölmə: Xəbər
“Bu bizim vətəndaşlıq borcumuzdur”-Vitse-spiker Bahar Muradova parlamentin bu günki iclasında girov götürülən iki soydaşımızla bağlı millət vəkillərinin narahatçılığını bölüşdüyünü bildirib.
“qafqazinfo” xəbər verir ki, B. Muradovanın sözlərinə görə müxtəlif yollarla onların əsirlikdən geri qaytarılması, onlara işgəncə verənlərin cəzalandırılması üçün əlimizdən gələni etməliyik: “Qondarma bir qurumun, qondarma hüquq sisteminin təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz doğma yerlərinə, yaxınlarının məzarını ziyarət etməsinə ərazi bütövlüyünün və sərhədlərin pozulması “Dağlıq Qarabağ” separatçı bir qurumun sərhədlərinin pozulması kimi qələmə verərək və onların üzərində qondarma məhkəmə qurulması aktına etiraz etmək daha vacibdir. Təbii ki, biz öz təhlükəsizliyimizi düşünmədən bir soydaşımız olsa belə, ən çətin məqama qədər gedə bilərik, çünki bu bizim vətəndaşlıq borcumuzdur. Lakin bizim ümumi mövqeyimizə xələl gətirən fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Həm qondarma rejimi, həm də vətəndaşlarımız üzərində qurulan qondarma məhkəməni qəbul edə bilmirəm. Hətta millət vəklinin təhlükəni gözə almadan həmin məhkəmədə iştirakını qeyri-mümkün sayıram. Ola bilsin ki, daxili auditoriya üçün belə bir fikirlərin səsləndirilməsi müsbətdir. Lakin bu hüququ mexanizm deyil. Bu Qondarma Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Buna görə də orada iştirak etmək haqqında fikir söyləmək olmaz. Buna baxmayaraq, bizim peşəkar bacarıqlı hüquqşünaslarımız beynəlxalq aləmdə beynəlxalq təşkilatların köməyi ilə həmin vətəndaşlarımızın hüquqlarını müdafiə etməyi lazimı şəkildə müdafiə etməyi bacarmalıdır. Buna beynəlxalq aləmdəki tərəfdaşlarını cəlb etməlidirlər. Ümumiyyətlə millət vəkillərinin qondarma məhkəmədə iştirak etmək çağırışlarını düzgün saymıram. Bu sadəcə zərərli fikirlərdir. Lakin vətəndaşlarımızı girovluqdan azad etmək istiqamətində həm hüquqi, siyasi və humanitar sahədəki imkanlarımızdan geniş istifadə etməyi bacarmalıyıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler