» » “Qız-oğlan nisbətinin pozulmasında Qafqaz mentalitetinin rolu var” -

“Qız-oğlan nisbətinin pozulmasında Qafqaz mentalitetinin rolu var” - Nazir

Bölmə: Xəbər
“Qız-oğlan nisbətinin pozulmasında Qafqaz mentalitetinin rolu var” -
“Dünyada qız-oğlan nisbətinin pozulması heç də dini faktorla bağlı deyil”.

“Xalqinfo” “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Atalar və qızlar” adlı foto-sərgidə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, bu halın ən çox müşahidə olunduğu ölkə Çindir:

“Bu gün bu halın müşahidə edildiyi ölkələrin ilk səkkizliyinə baxsaq 8 ölkənin üçü Qafqaz ölkələridir: Azərbaycan, Gürcüstan və Ermənistan. Digər 5-i isə Çin, Tayvan, Hindistan, Pakistan və Vyetnamdır. Araşdırma nəticəsində gördük ki, qonşu İran və Türkiyədə bu nisbət pozulmayıb.

Deməli, burda bir Qafqaz mentalitetinin rolu var. Bu rol ortaya çıxarılmalı və onun təsirinin neytrallaşması üçün tədbirlər görülməlidir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler