» » Nazirliyin nümayəndələri ABŞ-a gedir

Nazirliyin nümayəndələri ABŞ-a gedir

Bölmə: Xəbər
Nazirliyin nümayəndələri ABŞ-a gedir
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı/Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün İllik Toplantısında iştirak edəcək.

“Xalqinfo” xəbər verir ki, illik toplantıda Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək. Bu sistem icra olunan layihələrdə maliyyə şəffaflığının təmin edilməsində, dövlət və ictimai vəsaitlərə nəzarətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə imkanı verəcək.

Qeyd edək ki, Kənd İnvestisiya Layihəsi indiyədək respublikamızın 56 rayonda 2000-dək sosial-iqtisadi yönümlü icma əsaslı mikro-layihə həyata keçirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler