» » Zakir Həsənov cəbhədə

Zakir Həsənov cəbhədə

Bölmə: Xəbər
Zakir Həsənov cəbhədə
Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən nazir görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Əsgər yeməkxanasında nahar edən Z.Həsənov hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.

Hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərdə və əsgər kazarmalarında olan müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın keyfiyyətli təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.

Zakir Həsənov cəbhədə
Zakir Həsənov cəbhədə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler