» » ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

Bölmə: Xəbər
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler