» » Yarım kiloqram marixuana ilə tutulan şəxsə -

Yarım kiloqram marixuana ilə tutulan şəxsə - 6 il cəza

Bölmə: Xəbər
Yarım kiloqram marixuana ilə tutulan şəxsə -Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Namiq Muxtarovun CM-nin 234.4.3-cü (narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
“qafqazinfo” xəbər verir ki, 2014-cü il martın 15-də Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları Nərimanov rayonunun Təbriz küçəsi, 48 ünvanda şübhəli şəxs qismində Namiq Muxtarovu saxlayıblar. Baxış keçirilən zaman ona məxsus sellofan torbada 552 qram kustar üsulla hazırlanan qurudulmuş marixuana aşkar edilib.

Məhkəmə prosesində N.Muxtarov ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza-çəkmə müəssəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler