» » Azərbaycanlı girovların "məhkəmə prosesi" başlayıb.

Azərbaycanlı girovların "məhkəmə prosesi" başlayıb.

Bölmə: Xəbər
Azərbaycanlı girovların "məhkəmə prosesi" başlayıb.
Azərbaycanlı girovların Xankəndidə "məhkəmə prosesi" başlayıb.

ans press-in məlumatına görə, məhkəmə hakim Anatoliya Tadevosyananın sədrliyi ilə Xankəndinin birinci instansiya məhkəməsində keçirilir. Həmyerlilərimizin hüquqlarını isə erməni vəkil Arkadi İsraelyan "müdafiə" edir.

Azərbaycanlı girovlar qondarma Dağlı Qarabağ Respublikasının "qanun"larına görə ittiham olunacaq.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler