» » Bayraq, himn, gerblə bağlı Konstitusiya qanunu qəbul ediləcək - Özəl

Bayraq, himn, gerblə bağlı Konstitusiya qanunu qəbul ediləcək - Özəl

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Bayraq, himn, gerblə bağlı Konstitusiya qanunu qəbul ediləcək - Özəl
Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi daxil edilib.

Bu dəyişikliklər nədən ibarət olacaq?

Xalqinfo.az-ın məlumatına görə, Milli Məclisdən Modern.az-a verilən məlumata görə, 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir.

Bununla əlaqədar olaraq, Konstitusiyanın tələbini yerinə yetirmək üçün “Dövlət rəmzləri haqqında” yeni qanun layihəsi hazırlanır.

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır.

Yeni qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler