» » Rüşvətdə ittiham olunan bələdiyyə sədri həbsdə öldü

Rüşvətdə ittiham olunan bələdiyyə sədri həbsdə öldü

Bölmə: Xəbər, Kriminal
Rüşvətdə ittiham olunan bələdiyyə sədri həbsdə öldü
Həbsdə olan bələdiyyə sədri vəfat edib.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler