» » Azərbaycan qadınlarının seçilmək hüququnun 100 illiyi qeyd ediləcək.

Azərbaycan qadınlarının seçilmək hüququnun 100 illiyi qeyd ediləcək.

Bölmə: Xəbər
Azərbaycan qadınlarının seçilmək hüququnun 100 illiyi qeyd ediləcək.
Azərbaycanda qadın siyasətinə böyük önəm verilir. Gələn il Azərbaycan qadınlarının seçmək, seçilmək hüquqlarının 100 illiyi qeyd ediləcək.

Xalqinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, rəhbəri olduğu Komitənin mövcudluğu Azərbaycanın qadın siyasətinə nə dərəcədə önəm verdiyini göstərir.

H.Hüseynova bildirib ki, gender ekpertizası baxımından Azərbaycanın bütün qanunvericiliyində dəyişikliklər aparılıb:

“Qanunlar var, amma biz elə etməliyik ki, onlar işləsin, insanlar ondan istifadə edə bilsin. Biz bəzi rayonlarımızdakı Ailə Dəstək Mərkəzləri vasitəsilə bir çox layihələr təşkil etmişik. Bu gün gender siyasətinə dövlət, icra orqanı sistemində nail olmuşuq. Bu gün hər bir icra orqanı sistemində rəhbərlikdə heç olmasa, bir qadın müavin var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler