» » İlham Əliyev BMT-də çıxış etdi - “Sanksiyalar tətbiq edilməlidir”

İlham Əliyev BMT-də çıxış etdi - “Sanksiyalar tətbiq edilməlidir”

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
İlham Əliyev BMT-də çıxış etdi - “Sanksiyalar tətbiq edilməlidir”
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edir.

“Xalqinfo” xəbər verir ki, dövlət başçısı çıxışına erməni təcavüzünü dünyaya bir daha çatdırmaqla başlayıb.

Ermənistanı işğalçı dövlət adlandıran prezident Qarabağ münaqişəsinin beynəlxalq sənədlər əsasında həllini tapmasının vacibliyini qeyd edib. Beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb:

"Qətnamələr 24 ildir ki, yerinə yetirilmir. Bu ikili standartdır və qəbuledilməzdir.

Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir.

Ermənistan status-kvonun saxlanılması üçün əlindən gələni edir. Minsk qrupu həmsədrləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.

Despot rejimə necə icazə verirlər ki, illərdir beynəlxalq hüququ pozur, BMT TŞ-nın qətnamələrini, aparıcı ölkələrin bəyanatlarını rədd edir. Bu ölkəyə qarşı beynəxalq sanksiya, beynəlxalq təzyiq yoxdur. Bu siyasətə son verilməlidir. Təcavüzkara qarşı belə siyasət nəinki ədalətli deyil, həmçinin elə təsəvvür yaradır ki, erməni diktaturası terror siyasətini davam etdirə bilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler