» » İcra başçısının yerinə işləməyə aparılan 15 nəfər yaralandı - Vəziyyətləri ağırdır

İcra başçısının yerinə işləməyə aparılan 15 nəfər yaralandı - Vəziyyətləri ağırdır

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İcra başçısının yerinə işləməyə aparılan 15 nəfər yaralandı - Vəziyyətləri ağırdır
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az “Report”a istinadən məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

***

Sözügedən qəza ilə bağlı “BakuPost.az” saytı da xəbər yayıb.

Sayt iddia edir ki, qəzada yaralananlar xəstəxanada işləyən xadimələrdir.

Məlumata görə, hadisə Nəsimikənd kəndi ərazisində baş verib. Belə ki, rayonun Mərkəzi Xəstəxanasının və poliklinikanın xadimələrinin içərisində olduğu “Mercedes” markalı mikroavtobus aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan bütün xadiməçilər xəsarət alıblar.

Onlar təcili rayon xəstəxanasına çatdırılıb. 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələnin ilginc tərəfi isə odur ki, xəstəxana və poliklinika işçiləri Biləsuvarda “Aqropark” adlanan ərazidə təsərrüfat sahəsində işləməyə aparılıbmış. Qəza isə oradan qayıdarkən olub.

Həmin ərazinin rayon icra başçısı Mahir Quliyevə məxsus olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler