» » Bibisi oğlunu döyüb öldürdü -

Bibisi oğlunu döyüb öldürdü - Masallıda

Bölmə: Xəbər, Kriminal
Bibisi oğlunu döyüb öldürdü -
Masallı rayonunda ölüm hadisəsi baş verib.

"Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı-kəllə beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən V.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler