» » Azərbaycanda məktəbdə faciə -

Azərbaycanda məktəbdə faciə - 14 yaşlı şagird öldü

Bölmə: Xəbər, Kriminal
Azərbaycanda məktəbdə faciə -
Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib.

“Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb. Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler