» » Vaqif Əsədovun səhhətində problem yarandı -

Vaqif Əsədovun səhhətində problem yarandı - Rusiyaya getdi

Bölmə: Xəbər, BLOK XƏBƏR
Vaqif Əsədovun səhhətində problem yarandı -
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun səhhətində problemlər yaranıb.

“Xalqinfo” xəbər verir ki, bu barədə polis polkovnikinin oğlu Malik Əsədov Ölkə.az-a məlumat verib.

Onun sözlərinə görə, V.Əsədov iki gün bundan əvvəl məzuniyyətə çıxaraq ölkəni tərk edib. “Atam məzuniyyətə çıxıb. Səhhətində problemlər olduğu üçün Rusiyanın paytaxtı Moskva şəhərinə müalicəyə gedib. Bu gün səhər qardaşım onunla danışdı. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hazırda analizlərini verir”, - deyə o, bildirib.

M.Əsədov əlavə edib ki, atası profilaktik olaraq müalicə kursu keçir: “Analizlərin cavablarına uyğun olaraq həkimlər müalicə təyin edəcəklər. Sentyabrın 18-də isə o, yenidən işinin başına qayıdacaq”.

Qeyd edək ki, bu ilin aprel ayında da V.Əsədovun səhhətində problemlər yaranmışdı. O, bir müddət xəstəxanada müalicə almalı olub. Özü isə bununla bağlı açıqlama verərkən bildirmişdi ki, səhhətində ciddi problem yoxdur: “Əslində, ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə, həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler