» » Məşhur Azərbaycan brendi dünyaya açılır -

Məşhur Azərbaycan brendi dünyaya açılır - Fotolar

Bölmə: Xəbər, Fotosessiya
Məşhur Azərbaycan brendi dünyaya açılır -
İstanbulun “Zorlu Center” ticarət mərkəzində 12-15 sentyabr tarixləri arasında “Mercedes-Benz Fashion Week” dəb həftəsi keçirilib. Tədbirin son günü-sentyabrın 15-də Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evinin geyim kolleksiyası nümayiş edilib.

"Xalqinfo"nun məlumatına görə, “Naz” moda evi tanınmış azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

“Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş edilib. “Naz by Rufat Ismayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.

Moda nümayişində Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.

“Naz by Rufat Ismayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.

Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler