Azyaşlını 9-cu mərtəbədən atdılar - VideoBölmə: Xəbər, BLOK XƏBƏR
Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur. Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib. 10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub. Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq, onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəsətəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu heç bir adam yoxdur. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|