» » Ucarda yaşayış evi yanıb, xəsarət alan var

Ucarda yaşayış evi yanıb, xəsarət alan var

Bölmə: Xəbər
Ucarda yaşayış evi yanıb, xəsarət alan var
Ucarda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında şəhərin Oğuz küçəsində baş verib.

Rayon sakini, 1963-cı il təvəllüdlü Eyvaz Şıxəli oğlu Hacıyevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

Ev sahibi yanıq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, ruhi xəstə olan E. Hacıyev evi özü yandırıb. Fakt araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler