» » Qəza anbaan kameralara düşdü -

Qəza anbaan kameralara düşdü - “Gördüm sürətlə gəldi vurdu” + Video

Bölmə: Xəbər
Qəza anbaan kameralara düşdü -
Kürdəmirdə yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini, 50 yaşlı Cəlil Mehdiyevin idarə etdiyi "Mercedes" markalı minik maşını yolda dönmə əməliyyatını yerinə yetirərkən həmin istiqamətdə hərəkət edən 21 yaşlı Orxan Ələkbərlinin idarə etdiyi eyni markalı avtomobillə toqquşub.

Cəlil Mehdiyev - Sürücü: “Körpünün altından çıxdım maşınlara yol verəndən sonra gəldim, burada maşınlar gəlirdi. Yol verdim maşınlara, maşınlar qurtaran kimi rolu döndərəndə bir də gördüm sürətlə gəldi vurdu”.

Qəza nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler