Şamaxıda sürüşmə təhlükəli hal alırBölmə: Xəbər
Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb. Modern.az "ARB"yə istinadən xəbər verir ki, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib. Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib. Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib. Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb. Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|