» » Polkovnikə daha bir cinayət işi açıldı

Polkovnikə daha bir cinayət işi açıldı

Bölmə: Xəbər
Polkovnikə daha bir cinayət işi açıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “FHN polkovniki” kimi təqdim edərək dələduzluq edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesə polkovnik gətirilməyib. O barəsində başqa bir dələduzluq faktına görə cinayət işi başladılıb və işə Nəsimi rayon məhkəməsində baxılır.

Buna görə də proses sentyabrın 12-nə təxirə salınıb.

Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler