» » Livanda ölən idmançımızın cənazəsi Naxçıvana gətirilir

Livanda ölən idmançımızın cənazəsi Naxçıvana gətirilir

Bölmə: Xəbər
Livanda ölən idmançımızın cənazəsi Naxçıvana gətirilir
Bir neçə gün əvvəl Livanda yol qəzasında ölən azərbaycanlı idmançı Xəzər Əliyevin nəşi Bakıya gətirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

“Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub. Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir”, -deyə məlumatda bildirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler