» » Siyasi məhbuslardan son xəbərlər

Siyasi məhbuslardan son xəbərlər

Bölmə: Xəbər
Siyasi məhbuslardan son xəbərlər
Gələn həftə “Kanal 13" rəhbərinin məhkəməsi başlaya bilər

“Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ibtidai istintaqı başa çatıb. Yaxın günlərdə kanal rəhbəri məhkəmə önünə çıxarılacaq. Bu barədə ”Yeni Müsavat"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Lamiyə xanım gələn həftə məhkəmənin başlaya biləcəyi ehtimallarından danışdı: “Həftənin ikinci günü yanına getmişdim. Ümumi durumu, səhhəti qaydasındadır. Yaxınlarda Qızıl Xaç Komitəsindən onun yanına gəlmişdilər. Kiçik problemləri var idi. Ötən həftə ümumi yoxlanışdan keçdi. Ağrıları olduğundan həkim tələb etmişdi, analizlər vermişdi. Vəziyyəti qənaətbəxşdir. Baxmayaraq ki, müstəntiq 3 ay əlavə istintaq müddəti tələb etmişdi. Amma istintaq işini artıq yekunlaşdırıblar. Vəkilləri sentyabrın 7-də Əziz bəyin yanında olublar. İstintaq işini ona oxuyublar. Vəkillərinin dediyinə görə, ya gələn həftə, ya da ondan sonrakı həftə Əziz bəyin məhkəməsi başlayacaq. Ümid edirəm ki, məhkəmənin nəticəsi yaxşı olar. Ağır hökmün olmayacağına ümidliyəm. Müstəntiq mümkün qədər məhkəmənin tez olmasına çalışır. Buna görə gələn həftə məhkəmənin başlama ehtimalları yüksəkdir. Məhkəmə ilə bağlı məsələni onunla müzakirə etməmişəm. Sonuncu görüşümüzdə, ümumiyyətlə, məhkəmə söhbəti yox idi. Belə tezlikdə ibtidai istintaqın bitəcəyini gözləmirdik. Sentyabrın sonlarını, oktyabrın əvvəllərini gözləyirdik. Bugünlərdə telefon danışığımız olacaq. O zaman məhkəməni müzakirə edəcəyik. Özünün elə bir sözü yoxdur. Dostlarına, yaxınlarına qucaq dolusu salam göndərir, dəstəyə görə hər kəsə təşəkkür edir”.

Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb və məhkəmə ona qarşı 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.
İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Avqustun 29-da “Kanal 13" rəhbərinin həbs müddəti 3 ay da artırılıb.

REAL Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova ötən həftənin şənbə günü onunla görüşdüyünü bildirdi: “Hər şey öz qaydasındadır. Elə bir problemi yoxdur. Bir az texniki problemlər var. Qaz verilmir. Söz veriblər ki, yaxın müddətdə qaz veriləcək. Başqa da hər şey əvvəlki kimidir. Yeniliklərin olacağını gözləyirik. Mehman Əliyevin həbsi barədə fikirləri oldu. Qətiyyətlə bu həbsi pislədi. Qeyd etmişdi ki, nə siyasətçilər həbsdə olanda jurnalistlər azad ola bilər, nə də jurnalistlər həbsdə olanda siyasətçilər azad ola bilər. Belə bir kiçik rəy bildirmişdi”.

Jurnalist Seymur Həzinin qardaşı Teymur Həzi bunları dedi: “Atam ötən həftə Seymurla görüşüb. Hər şey normaldır. Elə bir sözü-filan olmayıb”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler