» » Qadın güləşçimiz dünya çempionu oldu

Qadın güləşçimiz dünya çempionu oldu

Bölmə: Xəbər
Qadın güləşçimiz dünya çempionu oldu
Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb.

“Xalqinfo”nun "Report"a istinadən məlumatına görə, qadın güləşi üzrə 38 kq çəki dərəcəsində yer alan Şahanə Nəzərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, ilk görüşdə yaponiyalı Karin Uematsunu 84 saniyəyə, yarımfinalda rusiyalı Luçana Bekbaulovanı 65 saniyəyə yenib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medal əldə edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler