» » Azərbaycanda yaxın 2-3 gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək

Azərbaycanda yaxın 2-3 gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək

Bölmə: Xəbər
Azərbaycanda yaxın 2-3 gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək

Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin müşahidə ediləcək. Lənkəran-Astara bölgəsində yağış ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler