» » Zaqatalada fındıq bağlarında yanğın

Zaqatalada fındıq bağlarında yanğın

Bölmə: Xəbər
Zaqatalada fındıq bağlarında yanğın
Zaqatalada fındıq bağlarında yanğın olub.

Xalqinfo.az xəbər verir ki, bu gün axşam saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler