» » Baş cərrah ağır qəza etdi, ailəsi ilə ölümdən döndü -

Baş cərrah ağır qəza etdi, ailəsi ilə ölümdən döndü - Video

Bölmə: Xəbər
Baş cərrah ağır qəza etdi, ailəsi ilə ölümdən döndü -
Ağır yol qəza hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, Zaqatala sakini, 35 yaşlı İlqar Rəhimov idarə etdiyi “Mitsubishi” markalı 62 BF 942 dövlət nömrəli minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Sürücü İlqar Rəhimov, onun həyat yoldaşı Zəhra Rəhimova və ailənin azyaşlı övladı 5 yaşlı Orxan Rəhimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Dioqnostika Mərkəzinə çatdırılıblar.

Zaqatala Dioqnostika Mərkəzindən verilən məlumata görə, yaralılardan İlqar Rəhimovun və Zəhra Rəhimovanın müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Orxan Rəhimov isə müayinə edildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəzaya düşən İlqar Rəhimov Zaqatala Dioqnostika Mərkəzinin cərrahiyə şöbəsinin müdiridir. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler