Bayramın üçüncü gününü hava proqnozuBölmə: Xəbər
Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27,Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|