» » Zakir Həsənov cəbhə bölgəsində - Fotolar

Zakir Həsənov cəbhə bölgəsində - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Zakir Həsənov cəbhə bölgəsində -  Fotolar
Bu gün Qurban bayramı münasibətilə cəbhə bölgəsində - Tərtər rayonunda yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyi tərəfindən təşkil olunan ənənəvi "Açıq qapı" günü keçirildi.

Virtualaz.org saytının əməkdaşı Tərtərdən xəbər verir ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıqov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, ictimaiyyət nümayəndələri, əsgər valideyinləri və s. iştirak edirdi.

Tədbir müğənni Azərinin konserti ilə başladı, müğənni bir-birinin ardınca milli-vətənpərlik ruhunda mahnılar ifa etdi, torpaq uğrunda şəhid olanlara rəhmət dilədi.

"Yəqin şəhidlərimiz bizdən inciyiblər. Çünki onların uğrunda canlarını qurban verdikləri torpaq hələ düşmən işğalı altındadır. Torpaqlar geri alınsa, onların da ruhu şad olar...", - ifasına fasilə verən xalq artisti dedi.

Daha sonra müdafiə naziri və onu müşayiət edənlər hərbi hissəyə gəldilər. Zakir Həsənov əsgərlər qarşısında qısa çıxış edib onlara bayram təbrikini çatdırdı. "Cənab Prezident, Ali Baş Komandan göstəriş verib ki, bayramı sizlərlə birlikdə, hərbi hissələrdə keçirim", - müdafiə naziri bildirdi.

Zakir Həsənov daha sonra hərbi hissənin zabitləri və valideynlərlə söhbətləşdi, bəzi müraciətləri yerində araşdırdı.

“Açıq qapı”da hərbi hissənin ötən ilin aprel döyüşlərində igidlik göstərərək şəhid olan zabiti Nəcməddin Savalanovun ailə üzvləri - şəhidin iki azyaşlı qızı, oğlu, həyat yoldaşı, anası da iştirak edirdi. Nazir şəhidin ailə üzvləri ilə görüşüb söhbətləşdi. Şəhid kapitanın qızının atası haqda oxuduğu şeir hamını kövrəltdi.

Müdafiə naziri şəhidin övladlarına hədiyyələr təqdim etdi, onların qayğıları ilə maraqlandı.

Tədbirdə bayram münasibətilə qurban kəsildi.Müdafiə naziri bayramı əsgərlərlə birlikdə qeyd etmək üçün başqa hərbi hissəyə yollandı.

Zakir Həsənov cəbhə bölgəsində -  Fotolar
Zakir Həsənov cəbhə bölgəsində -  Fotolar
Zakir Həsənov cəbhə bölgəsində -  Fotolar
Zakir Həsənov cəbhə bölgəsində -  Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler