» » Nazirlikdə bomba həyəcanı -

Nazirlikdə bomba həyəcanı - Ermənistanda +Yeniləndi

Bölmə: Xəbər
Nazirlikdə bomba həyəcanı -
Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yalan çıxıb.

Musavat.com-un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin əməkdaşları yenidən öz iş yerlərinə qayıdıblar.

****

Bu gün səhər saat 10.26-da Ermənistan polisinə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, məlumat alınandan sonra hadisə yerinə gələn operativ qrup nazirlik işçilərinin evakuasiyasına başlayıb. Hadisə yerində polis əməkdaşları fövqəladə hallar nazirliyinin nümayəndələri, təcili yardım briqadası, xilasedicilər və minatəmizləyənlər işləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler