» » Modern.az portalının 8 yaşı tamam olur

Modern.az portalının 8 yaşı tamam olur

Bölmə: Xəbər
Modern.az portalının 8 yaşı tamam olur
Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 8 ili tamam olur.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq ötən 8 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

Modern.az agentliyi həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya Modern.az-dan başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə uğurla fəaliyyət göstərirlər.

Həmkarlarımızı təbrik edir, bol yaradıcılıq uğurları arzu edirik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler